İnsanları narahat edən telefon zəngləri: Banklar vətəndaşların hüquqlarını pozur? - Video

 23-09-2023

Bankların kredit verən zaman öhdəlik alan şəxsdən başqa bir neçə şəxsin zamin qismində mobil nömrəsini tələb edərək müəyyən məbləği kreditləşdirməsi son zamanlar müzakirələrə səbəb olub.

Sakinlər tanışlarının onlardan xəbərsiz nömrələrini banka təqdim etdiklərini və bankın həmin şəxsə kredit verən zaman təqdim olunan nömrələrlə əlaqə saxlamadığını, telefon nömrəsi bank əməkdaşına verilən şəxsin razılığının alınmadığını bildiriblər.

Amma kredit alan şəxs vaxtlı-vaxtında krediti qaytarmadığı halda bank əməkdaşları dərhal onlara təqdim edilən telefon nömrələrə zəng edir, tanışının məsuliyyətsizliyinə görə ayrı-ayrı vətəndaşların narahatlığına səbəb olurlar. 

“Hüquqlarım pozulur, düzgün bir şey deyil”, - deyə paytaxt sakini qeyd edib.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Bənzər yazılar

0.10877013206482