Azərbaycan diplomatiyasının qələbəsi;- yığışdılar, danışdılar, dağılışdılar  

 22-09-2023

BMT Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə Qarabağdakı vəziyyətlə bağlı təşkil etdiyi müzakirələr Azərbaycanın növbəti qələbəsi ilə nəticələndi.

Bunu olke.az açıqlamasında deputat İlham Məmmədli deyib. 

O bildirib ki,  iclasda  xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın  çox tutarlı şəkildə fakt və arqumentlərə əsaslanmış şəkildə geniş formada iclas iştirakçılarının diqqətinə çatdırıldı:

“Nazır Bayramov diplomatiyanın verdiyi imkanlardan istifadə etməklə bu iclasın çağrılmasına təşəbbüs edən erməni havadarlarına  və ermənidən daha çox ermənilik edib bu məsələdən öz maraqları üçün spekulyasiya edən ölkələrə də sərt formada layiqli şəkildə cavab verdi.

Nazir bildirdi ki, birtərəfli və qərəzli, əsas etibarı ilə Təhlükəsizlik Şurasında bugünkü müzakirələrin çağırılmasının kökündə duran məhdud siyasi mülahizələr və ya lobbi əlaqələrindən irəli gələn yanaşma tamamilə qeyri-məhsuldar və faydasızdır. “Belə bir fəaliyyətə arxalanmaq artıq bir neçə dəfə uğursuzluqla nəticələnib.

Bu, yalnız diqqəti real normallaşma prosesindən yayındıra bilər ki, bu da Azərbaycan və Ermənistanın deyil, mövcud fikir ayrılıqlarını öz siyasi məqsədləri üçün sui-istifadə etməkdə davam edən müəyyən kənar qüvvələrin marağındadır”, nazir qeyd edib.

Nazir həmçinin qeyd edib ki,  erməni havadarlarını BMT-dənki mövqelərində sui-istifadə edərək  Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini ört-basdır etməyə xidmət edir və bu cəhdlər qəti şəkildə rədd edilməlidir. Çünki bəzi ölkələrin bu cür  destruktiv fəaliyyəti Cənubi Qafqazda sülhün əldə olunmasına ciddi maneə yaradır.

Nazir iclasda həmçinin son antiterror tədbrilərinin həyata keçirilməsinin zərurəti və sülh sazişi ilə bağlı Bakının mövqeyini açıqlayaraq bütün bu qanunazidd hərəkətlərə baxmayaraq sülhə hazır olduğunu bəyan edib.

Bunun üçün Ermənistanın sülhlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.  

İclasda hər zaman olduğu kimi Türkiyə Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyib. Rusiya, Çin və BAE bitərəf mövqe sərgiləyib. Fransa, Almaniya, Malta ermənilərin mövqeyindən çıxış edib. Nəticədə  heç bir sənəd imzalanmayıb. Azərbaycanın uğurlu hücum diplomatiyası nəticəsində erməni havadarlarının ölkəmizə qarşı məkrli niyyətləri növbəti dəfə iflasa uğradı. BMT TŞ-nin Qarabağla bağlı çağırdığı bu iclası belə ifadə etmək olar;- yığışdılar, danışdılar, dağılışdılar”.

Yevlaxda Qarabağ erməni icmasının nümayənədləri ilə keçirilən görüşə toxunan deputat deyib ki, 30 ildir dünyanın ən müxtəlif  ölkə və şəhərlərində həllini tapa bilməyən Qarabağ kimi ən mürrəkəb bir məsələ Azərbaycanın Yevlax şəhərində müzakirə olunub həllini tapmaqdadır:

“Yüz il bundan öncə 1923-cü ildə yaradılan Qarabağ  problem 2023-cü ildə Yevlax şəhərində özünün finiş mərhələsinə qədəm qoydu. Ermənilər Azərbaycan Prezidentinin müdrik, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində   Bakının şərtlərini qəbul etməli oldular. Yüksək peşəkarlıqla həyata keçirilən antiterror tədbrilərinin nəticəsində Qarabağdakı terrorçu tör-töküntüsü silahlaırnı yerə qoymağa  və reinteqrasiya prosesinə razı olduqlarını bəyan ediblər. Hazırda bu istiqamətdə  Azərbaycan  hökuməti tərəfindən ciddi addımlar atılır və reinteqrasiya prosesinin kompleks şəkildə həyata keçirilməsi üçün  mexanizmlər hazırlanır. Əminəm ki, bu proses də təmkinli şəkildə uğurla başa çatdırılacaq və tez bir zamanda Xankəndidə Azərbaycan hakimiyyəti formalaşdırılıb üçrəngli bayrağımız əbədi olaraq dalağalanacaq”.

Bənzər yazılar

0.28912305831909