Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

 21-09-2023

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Hacı Paşayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

H.Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub. H.Paşayevi bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edib.

 

Bənzər yazılar

0.30129599571228