Psixiatriya xəstəxanasının işləri Bəşirovlara tapşırıldı

 18-09-2023

Şəki Rayon Psixiatriya Xəstəxanasının elan etdiyi 4 satınalmanın qalibi Bəşirovlar olub.

“Ölkə.Az”ın məlumatına görə, digər komunal xidmətlərin haqqı və abadlaşdırma xidmətləri ilə bağlı 2 kotirovka sorğusunun qalibi “Xan Tikinti” MMC, mətbəə məhsullarının alınması və lövhələrin hazırlanması sorğusunun qalibi “Volqa-499” MMC, yumşaq inventarların alınması üzrə sorğunun qalibi “Tural-FB” MMC olub. 

Qeyd edək ki, şirkətlərin qanuni təmsilçiləri müvafiq olaraq Bəşirov Qorxmaz Bəşir oğlu, Bəşirov Fəxrəddin Bəşir oğlu və Bəşirli Orxan Qorxmaz oğludur. Şirkət sahibləri arasında qohumluq aləqələri olduğu güman edilir. 

“Xan Tikinti” MMC 22.02.2013 tarixində Şəki şəhəri, Məmmədəmin Rəsulzadə, ev 175, “Volqa-499” MMC 06.02.2007  tarixində Şəki şəhəri, Olimpiya küçəsi, 10/16, “Tural-FB” MMC 06.05.2016 tarixində Şəki rayonu, Kiş, , ev 0, m. 0 ünvanında dövlət qeydiyyatına alınıb.

Şirkətlərlə ümumilikdə 47,779 min manat məbləğində satınalma müqavilələri imzalanıb. 

 

 

 

Bənzər yazılar

0.2722589969635