Bakıda 15 yaşlı qız itkin düşüb

 16-09-2023

Bakıda əqli qüsurlu qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 15:30 radələrində Xətai rayonu S.Əhmədov küçəsində yaşayan M.Həsənova 37-ci Polis Şöbəsinə müraciət edərək bu barədə məlumat verib.

O bildirib ki, birgə yaşadığı əqli qüsurlu, 15 yaşlı qızı Ş.Allahverdiyeva sentyabrın 15-i saat 10:30-da yaşadığı ünvandan çıxaraq itkin düşüb.

Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.

 

Bənzər yazılar

0.31873106956482