Abşeronda arvadını öldürən qısqanc ər hökmdən narazıdır

 15-09-2023

Abşeronda arvadını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn İsmayılovun Ali Məhkəməyə şikayət edib.

Onun şikayəti hakim Fəhmin Hümnətovun sədrliyi ilə araşdırılır.

İş üzrə məhkəmə baxış iclası yanvarın 25-nə təyin olunub.

Qeyd edək ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində fərdi evdə yaşayan İsmayılov Hüseyn Qurban oğlu qısqanclıq zəminində arvadı İsmayılova Şəhruzə Əzim qızının bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib və sonra hadisə yerindən uzaqlaşıb.

H.İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.

 

Bənzər yazılar

0.33278322219849