Gəncədə Qafqaz İslam Ordusuna aid abidənin açılış mərasimi keçiriləcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı öz “Twitter” hesabında bildirib.
“11 iyun 1918-ci ildə Qafqaz İslam Ordusunun Gəncədəki ilk şəhidləri üçün Səfirliyimizin nəzarəti və iş adamlarının dəstəyi ilə Şah Abbas Məscidinin qarşısında Şəhidlər Memorialı inşa edilib. Gəncədəki Baş konsulumuzla birgə açılışdan qabaq abidəyə baş çəkdik” – deyə diplomat qeyd edib.
11 Haziran 1918’de Kafkas İslam Ordusunun Gence’de şehit düşen ilk şehitleri için Büyükelçiliğimizin himayelerinde iş insanlarımızın katkılarıyla Şah Abbas Camii önünde bir Şehitler Anıtını yapılmıştır.
— Cahit Bağcı (@cahitbagci) June 25, 2022
Gence Başkonsolosumuzla açılış öncesi incelemede bulunduk. pic.twitter.com/MPK1bHT4mC