Vüqar Qurbanovdan daha bir təyinat

 12-09-2023

Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynova həvalə olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Həsən Hüseynovu kollektivə təqdim edib.

Qeyd edək ki, H.Hüseynov 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1990-1992-ci illərdə Yaroslavl Dövlət Tibb İnstitutunda klinik ordinaturada təhsil alıb.

H.Hüseynov Naxçıvan Respublika Xəstəxanasında, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anestezioloq-reanimatolaq, Mərkəzi Gömrük Hospitalında baş həkim, Bərdə Müalicə Diaqnostika Mərkəzində, Sumqayıt 1 saylı Şəhər Xəstəxanasında direktor vəzifələrində çalışıb.

O, hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində fəaliyyət göstərib.

 

Bənzər yazılar

0.32988381385803