“Zəyəm Texnologiyalar Parkı”nın yığılmış zərəri 18 milyon manata çatıb

 12-09-2023

“Zəyəm Texnologiyalar Parkı” ASC 2022-ci ilin audit hesabatını açıqlayıb. 

“Yeni Sabah.az” hesabata istinadən xəbər verir ki, Park ötən il 5.41 milyon manat gəlir əldə edib. Bu da 2021-ci ilə nisbətən 45% azdır. 2021-ci ildə bu rəqəm 10,04 milyon manat təşkil etmişdi. Satış maya dəyərinin 4.76 milyon manat olduğunu nəzərə alsaq, şirkətin məcmu gəliri 645,8 min manata bərabər olub. 2021-ci ildə isə satış maya dəyərinin gəlirlərdən yüksək olmasına görə ümumi zərər 5,6 milyon manata yüksəlmişdi. 

Hesabat dövründə  Zəyəm Texnologiyalar Parkı 676,3 min manat ümumi və inzibati xərclər 1.83 mln. manat isə əsas vəsaitlərin amortizasiyasına xərc çəkib. Son nəticədə şirkət 2022-ci ili 1,91 milyon manat zərərlə başa vurub. Bu isə 2021-ci ilə nisəbət 3 dəfə azdır. 2021-ci ildə Park 5,79 milyon manat zərər açıqlamışdı. Bununla belə, şirkətin yığılmış zərəri əvvəlki ilə nisbətən 2022-ci ildə 2,1 dəfə artaraq 18 milyon manata çatıb. 2021-ci ildə bu rəqəm 8,5 milyon manat təşkil etmişdi. 

Xatırladaq ki, Zəyəm Texnologiyalar Parkı 2002-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 18,3 milyon manatdır. Parkın səhmlərinin 97.07%-i “Azmade Group” MMC-yə, 2,9%-i isə fiziki şəxslərə məxsusdur.

 

Bənzər yazılar

0.11161303520203