“BepiColombo” zondu Merkurinin fotosunu çəkib.
Bu barədə Avropa Kosmik Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “ESA/JAXA BepiColombo” missiyası çərçivəsində zond 23 iyun 2022-ci ildə cazibə qüvvəsi ilə bağlı manevr edərkən planetin yanından uçub.
Foto Merkuri transfer modulunun monitorinq kamerası ilə çəkilib.
Bu zaman zond planetin səthindən təxminən 920 km uzaqda olub.
Mənbə: rbc.ua