Müğənni Aygünə ağır itki üz verdi  

 09-09-2023

Uzun illər əvvəl ailə qurub Türkiyəyə köçən Aygün Miyak İsmayılovaya ağır itki üz verib.

İfaçının anası vəfat edib. O bu barədə şəxsi instaqram hesabında bildirib:

"Gözəl gözlü anam, səni çox sevirəm. Yolun işıq olsun. Əlbəttə, bir gün qovuşacağıq. Sənin üçün çox darıxacağam, Mənim anam olduğun üçün çox təşəkkür edirəm. Yolun nurla dolsun, mənim mələk anam".

Xatırladaq ki, Aygün Miyak İsmayılova bir zamanlar ATV kanalında yayımlanan "Yeni ulduz" yarışmasında məşhurlaşıb.

 

Bənzər yazılar

0.38430595397949