Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada meşə yanğınları ilə bağlı jurnalistlərə açıqlama verərkən Azərbaycanın yanğınların söndürülməsində göstərdiyi kömək barədə danışıb.
“Yanğınların söndürülməsinə yardım məsələsində Azərbaycandan da təklif gəlib. Bir təyyarə göndərilib. Həmin təyyarə indi meşə yanğınlarının söndürülməsində iştirak edir”, - deyə o, bildirib.
Həmçinin, dövlət başçısı Rumıniya və İsraildən də analoji kömək təklifinin olduğunu, lakin hələlik buna ehtiyac olmadığını qeyd edib.
Mənbə: TRT