Elm və təhsil naziri Emin Əmrullayev: "Qanunsuz evlər tikəndə ətrafda məktəb olub-olmamasını fikirləşməyiblər"

 06-09-2023

Elm və təhsil naziri Emin Əmrullayev bəzi valideynlərin övladlarını yaxınlıqda yerləşən məktəblərə yazdıra bilməməsi ilə bağlı sualları cavablandırıb.

Nazir bu problemin əsasən Abşeron rayonu Xırdalan şəhərində və digər Bakıətrafı qəsəbələrdə müşahidə olunduğunu deyib:

"Bu, əhalinin sıxlığı ilə bağlı məsələdir. Bir çoxları qanunsuz evlər tikəndə ətrafda məktəb olub-olmaması məsələsini fikirləşməyiblər. Bu yaxınlarda Xırdalanda 2000 nəfərlik məktəb açılacaq. Xırdalanda daha bir yerdə məktəb tikilir. Binə qəsəbəsində artıq vəziyyət xeyli yaxşılaşıb. Bakının mərkəzində demək olar ki, belə problemlər yoxdur".

E.Əmrullayev daha bir problemin rus bölməsi olan məktəblərdə yaşandığını söyləyib: "Obyektiv hallar var və bu, bizim təhsilimizin ən pis halda 1%-i deyil.  Bu problemin yolu məktəb tikməkdir. Dövlət sonsuz sayda məktəb tikə bilməz. Dərsliklərlə bağlı problem yoxdur".

O bildirib ki, dərsliklər məktəblərin 90%-nə çatdırılıb və ucqar rayonalara da yaxın günlərdə çatdırılacaq.

"Bəzi ixtisaslarda təhsilin müddəti 4 ildən 3 ilə endirilə bilər. Bura əsasən, turizm, kommersiya3 və İT ixtisasları daxildir. Bizim təhlillərimiz davam edir və müəyyən hesablamalarımız da var. Biz bunu etsək, nə baş verər sualının cavabını bilirik. Amma hazırda ali təhsil müəssisələri ilə müzakirə edirik. Bunu yəqin pilot səviyyədə növbəti ilərdə edə bilərik. Hazırda bu təhlil səviyyəsindədir".

 

 

Bənzər yazılar

0.33015513420105