Xətai rayon icra hakimiyyətinin 295 min manatlıq tenderində Etnik Gələcək-2021 MMC qalib gəlib

 14-03-2022

Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfat Birliyi təsərrüfatda çalışan əməkdaşlar üçün bir sıra malların satınalınması üzrə tenderin qalibin açıqlayıb.

FED.az xəbər verir ki, 294 874 manatlıq tenderin qalibi Etnik Gələcək-2021 MMC olub.

Tenderlə yay üçün işarə jileti, arxası fosforlu yazı ilə isti gödəkçə, fəhlə xalatı dizdan bir qarış yuxarı qarın və bel nahiyəsi fosforlu yazı ilə (xb parça ilə), rezin uzunboğaz çəkmə, rezin əlcək, qaloş alınacaq.

Xatırladaq ki, Etnik Gələcək-2021 MMC bundan öncə Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfat Birliyi məişət işlərində istifadə olunacaq bir sıra malların satınalınması üzrə 293 min 305 manatlıq tenderinin qalibi olub. 

Bənzər yazılar

0.4738028049469