Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi başından güllələnib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin evində başından güllələnib.
Məlumata görə, 53 yaşlı polkovnik hazırda ağır vəziyyətdədir.
Xatırladaq ki, Vadim Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət ittihamı ilə açılan cinayət işi səbəbilə ev dustaqlığında olub. Putinin “nüvə çamadanı” adlanan və həmin silahı işə salmaq üçün istifadə edilən qurğunu əvvəllər o daşıyıb.