Azərbaycan Dövlət Aqrar Universitetinin yeni rektoru kimdir? - DOSYE

 31-08-2023

Zəfər Qəzənfər oğlu Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, ötən ilin sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilmişdi. İndiyədək bu vəzifəyə heç bir təyinat olmamışdı. Rektorun vəzifələrini Zəfər Qurbanov icra edirdi.

Zəfər Qurbanov haqqında məlumatları təqdim edirik:

Zəfər Qurbanov 1979-cu ildə anadan olub. 2016-cı ildə Bakı Ali Neft Məktəbinin Mühəndislik fakültəsinin dekanı təyin olunub.

Daha əvvəl isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyib.

Rektor səlahiyyətlərini icra etməzdən əvvəl Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi işlər üzrə prorektoru olub.

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

Bənzər yazılar

0.30649089813232