"Yuxudan oyanıb gördüklərimdən dəhşətə gəldim" - Gəncədəki qətlin təfərrüatı

 30-08-2023

Gəncədə tanışını qətlə yetirməkdə təqsirli bilinən Şahlar Əliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

1997-ci il təvəllüdlü Əliyev Şahlar Şahin oğlu qısqanclıq zəminində bacısı ilə münasibətləri olan, 1995-ci il təvəllüdlü Hacıyev İmaməddin İmaməli oğlunun başını kəsərək qətlə yetirib.

Ş.Əliyev qətli törətdikdən sonra könüllü olaraq polisə təslim.

İş üzrə dindirilmiş Şahlar Əliyev ifadəsində gösrətib ki, nənəsi və iki bacısı ilə birlikdə yaşayıb. Qətlə yetirilən şəxslə onun bacısının münasibətlərindən bir müddət əvvəl xəbər tutub. Münasibətlərini daha da isti etmək istəyən cütlük onun icazəsi ilə evlərində görüşüblər.
Hadisə baş verən günü onlar birlikdə evdə olublar. Gecə saat 2-yə kimi söhbətləşib çay içiblər.  İmamməddin əvvəlcədən evinə gedəcəyini bildirsə də, Şahları yuxuya verəndən sonra fikrindən daşınıb. Gecə saat 4 radələrində səsə oyanan Şahlar gözü ilə gördüyünə inanmır. O, bacısını və İmaməddini alt paltarda aşkar edib. 

"Yuxu tutdu məni yatdım. Səhərə yaxın olardı gördüm səs gəlir. Oyandım gördüm İmaməddin burdadı getmiyib".

Şahlar bacısı ilə İmaməddini məlum vəziyyətdə görəndən sonra onların əxlaqsızlıq etdiyini düşünüb və İmaməddini öldürmək qərarına gəlib. 

Bir müddət əvvəl İmaməddinin ona bağışladığı bıçağı yastığın altından götürüb onun boğazına zərbə vurur.

"Durdum yerimdən bıçağı yastığın altından götürüb açdım. Bıçağın səsin eşidən kimi İmaməddin başını qaldırdı. Qaldıran kimi birinci zərbəni boğazından vurub düz qırtlağına kimi kəsdim. Qaçmaq istəyəndə keçdim arxasına bir neçə dənə də arxadan boğazına zərbə vurdum".

Onun öldüyündən əmin olandan sonra meyiti sürüyərək həyətə aparıb. Bacısının qışqırıq səsinə evdə olan digər bacısı və nənəsi yuxudan oyanaraq hadisədən xəbər tutub.

Cinayəti törətdikdən sonra polisə zəng edərək hadisə barədə məlumat verib.

Məhkəmə prosesində Şahlar Əliyev ittiham üzrə özünü təqsirli hesab edib.

Sonda Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahlar Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

 

Bənzər yazılar

0.35584616661072