Rusiya ordusunun Lvov yaxınlığında Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə (Yavorovski hərbi poliqonu) endirdiyi hava zərbəsi nəticəsində 9 nəfər həlak olub .
MillətinSəsi.info “unian”a istinadla xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib. O bildirib ki, hücum nəticəsində 57 nəfər yaralanıb .
Kozitski əlavə edib ki, ilkin məlumata görə, 30-dan çox raket atılıb: "Hava hücumundan müdafiə sistemi işə düşüb, müəyyən sayda raketlər zərərsizləşdirilib. Yavorovski poliqonu vuruldu, hazırda 57 nəfər yaralanıb... Onlar xəstəxanalardadır, doqquz qəhrəman həlak olub... Hazırda yanğın söndürülür".
Yavoriv poliqonunda (Lvov vilayəti) yerləşən Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə raket hücumu nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.
Lvov OVA-nın rəhbəri Maksim Kozitskionu da bildirib ki, saat 12:00-a olan məlumata görə, mərkəzin ərazisində demək olar ki, bütün yanğınlar söndürülüb, partlayıcı maddələr üzrə ekspertlər və digər mütəxəssislər ərazidə əlavə ekspertiza aparır, dağıntıların böyük hissəsi aradan qaldırılıb.