İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? - DİM CAVAB VERDİ

 30-08-2023
Xəbər verdiyimiz kimi, ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-də başa çatıb.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyimiz statistikaya görə, ümumilikdə 70301 abituriyent ixtisas seçimi edib.
 
İxtisas seçənlərin sayı belədir:
 
I qrupda - 21750 nəfər;
II qrupda - 16323 nəfər;
III qrupda – 19773 nəfər;
IV qrupda – 5774 nəfər;
V qrupda – 9726 nəfər.
 
Builki plan yerləri aşağıdakı rəqəmlərlə əks olunub:
 
I qrup üzrə plan yeri – 18386;
II qrup üzrə plan yeri – 13285;
III qrup üzrə plan yeri – 16067;
IV qrup üzrə plan yeri 4100.
 
Bəs ixtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq
 
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri bu həftənin sonuna kimi elan olunacaq.

 

Bənzər yazılar

0.34155201911926