Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) AZAL-dan təyyarə icarəyə götürüb.
Yeniavaz.com "Dövlət Satınalmalar Portalı"na istinadən xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkil təyyarəni 23-31 may tarixləri arasında icarəyə götürüb və qarşılığında 28 min 900 manat ödəyib.
Portalda icarəyə götürülən təyyarənin hansı model olduğu bilinməsə də, təyyarənin Bakı-Füzuli-Bakı istiqamətində səfər etdiyi bildirilir.
İnsan Hüquqları üzrə Müvəkkilin Aparatından yeniavaz.com-a bildirdilər ki, təyyarənin icarəyə götürülməsi keçirilən beynəlxalq tədbirlə bağlı olub və xarici ölkələrdən gələn qonaqların daşınması üçün istifadə olunub.