Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib

 18-08-2023

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Əşrəfağa Azad oğlu Əlizadə tərəfindən Nərimanov rayonu Böyük Şor gölü ərazisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 918 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bənzər yazılar

0.35243797302246