"Niko" ilə qəzada ölən Ruslanın ailəsi arasında dava düşüb? -  VİDEO

 17-08-2023

"Nicat və Ruslanın ailələri arasında mübahisənin düşməsi yayılan məlumat yalandır. Bunlara inanmayın ”.

Bu sözləri blogerin dostu, rəqqas Ramil Qasımov sosial şəbəkədə bildirib.

O həmçinin deyib ki, Nicat Şakirliyinin vəziyyəti stabildir və palataya köçürüləndə yanına gedəcək.

Qeyd edək ki, Bakıda Nizami rayonu, Heydər Əliyev prospektində Nicat​ Şakirlinin idarə etdiyi “Porsche” markalı​ avtomobil qarşıda gedən “Scania” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü ​Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib.

"Nikosayağı"nın isə sağ qolu dirsəkdən aşağı amputasiya olunub.

Bənzər yazılar

0.41266202926636