Rektorun bankı cərimələnə bilər

 11-08-2023

“Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanlb.

Valyuta.az xəbər verir ki, bank İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

347-ci maddədə vəzifəli şəxslərin 150 manat, hüquqi şəxslərin 300 manat məbləğində cərimə nəzərdə tutulur.

“Muğanbank” ASC Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı kimi tanınır.

Bankın səhmdarları aşağıdakı şəxslərdir:

Vəliyev Minur Əhməd oğlu – 40 faiz
Vəliyev Samir Əhməd oğlu – 40 faiz
Mehtiyeva Fəridə Cahandar qızı - 10.8928 faiz
Vəliyeva Vəfa Əhməd qızı - 8.3254 faiz
Mehdiyev Elmir Maqbet oğlu - 0.7818 faiz

Minur və Samir Vəliyevlər Əhməd Vəliyevin oğlanları, Vəfa Vəliyeva qızı, Fəridə Mehtiyeva qudası, Elmir Mhetiyev isə kürəkənidir. 

Bənzər yazılar

0.33716106414795