Soros fondunun Xankəndi ilə bağlı planı ortaya çıxdı

 03-08-2023

Qarabağ üzərində Rusiya və Qərbin mübarizəsində Soros Fondunun da aktiv iştirakına dair məlumatlar yayılır.

Publika.az xəbər verir ki, Ermənistan mediası Soros Fondunun Qarabağa beynəlxalq sülhməramlıların daxil edilməsini, Rusiya sülhməramlılarının çıxarılması ilə bağlı kampaniyanı maliyyələşdirir.

Kampaniyanın əsas iştirakçıları arasında “Back to Dizak” (Dizağa qayıdış) və “Hanunu Hadrut” (Hadrut naminə) QHT-ləri də var.

“Back to Dizak”ın rəhbəri Marqarita Karamyan və “Hanunu Hadrut”un rəhbəri Levon Hayriyan Ermənistanın baş naziri Nikol Paşinyanı beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi tələbi ilə BMT Təhlükəsizlik Şurasında çıxış etməyə çağırıb. Onlar baş verənlərə görə Rusiya sülhməramlılarını günahlandırır və onların əvəzlənməsini tələb edir.

Ermənistan mediası yazır ki, “Back to Dizak” təşkilatı Qarabağdakı ermənilərin “hüquqlarının qorunması” adı altında Soros fondundan 25 min dollar alıb. “Hanunu Hadrut” təşkilatının rəhbəri, Qarabağdakı separatçı “parlamentin” keçmiş qondarma “deputatı” Levon Hayryan isə ABŞ-ın Ermənistandakı səfirliyinin nümayəndələri ilə görüşüb, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini müzakirə edib.

Bu məlumat Qarabağ üzərindəki Rusiya-Qərb qarşıdurmasında Soros fondunun da iştirak etdiyini təsdiq edir.

Soros Fondu, Xankəndi'də insanların refah standartlarını yaxşılaşdırmaq və onların sosial səlahiyyətlərinin artırılmasına kömək etmək üçün bir müqavilə sənədləşdirdiyi deyilən bir plan saxlamağa qərar vermişdir. Planın məqsədi ölkədə maliyyə piyasalarının inkişafını təmin etmək və xüsusən investor hüququna və xalqlara məxsus hüquqlara qoyulmuş mühafizəyə kömək etməkdir. Bu əsas coğrafiyada həyat standartlarının, konkret olanda isə Xankəndi şəhərindəki insanların sosial səlahiyyətlərinin bir qədər də artırılmasına və yeni işlərin yaradılmasına kömək göstərəcək.

Bənzər yazılar

0.36363911628723