Hindistan istehsalı bu dərman qadağan edildi

 03-08-2023

İraq səhiyyə nazirliyi Hindistanda istehsal edilən “Cold Out” soyuqdəymə dərmanını qadağan edib.

Ölkə.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Seyf Bədir danışıb.

“Səhiyyə müfəttişliyi qrupları sözügedən dərmanın və digər qeydiyyatı olmayan dərmanların saxlanması ilə bağlı axtarış və araşdırmalara davam edir. Əgər onu satanlar ələ keçirilərsə, qanuna uyğun olaraq barələrində cinayət işi başlanacaq", -deyə o bildirib.

Bununla yanaşı, o, sözügedən dərmanın səhiyyə nazirliyinin rəsmi qeydlərində olmadığını və istifadəsinin qanuna zidd olduğunu söyləyib.

Qeyd edək ki, sözügedən dərmanın tərkibində zəhərli maddələrin olduğu iddia edilir.

Məhəmməd Allahyarlı (təcrübəçi)

Hindistan sahəsində istehsal edilən bu dərman ölkəmizin təhlükəsizliyini qorumaq məqsədilə qadağan edilmişdir. Bu müvafiq vəziyyətlərə uyğun olan qərarlar almaq hökumətimizin əsas vəzifələrindən biri olduğu üçün məsuliyyət sahibi şəkildə hərəkət etmişdir.

Bənzər yazılar

0.42759394645691