Milyarderin oğlu ilə görüşür 

 30-07-2023

2021-ci ildə ABŞ açıq çempionatının qalibi Emma Radukanu Stenford məzunu Karlo Aqostinelli ilə görüşür.

Karlo vaxtilə universitetin futbol komandasında oynayıb.

Aqostinellinin atası bir vaxtlar “Liverpul”u almağa cəhd edən investisiya şirkəti “Goldman Sachs”ın keçmiş bankiri, londonlu milyarderi Robert Aqostinellidir.

Karlonun anası “Dior”un PR direktorudur. Qeyd edək ki, Fransa moda evi 20 yaşlı Radukanun sponsorlarından biridir.

Britaniya mətbuatının yazdığına görə, Radukanu sponsorluq müqavilələrindən hər həftə təxminən 156 min avro qazanır.(Publika.az)

Bənzər yazılar

0.34889101982117