Neftçalada QƏRİBƏ TİKİLİ: "Piyada üçün olmayan" SƏKİ

 12-06-2022

Neftçala sakinləri rayonda magistral yolun kənarında salınan piyada səkisi ilə bağlı narazılıq ediblər.

Pyadalar üçün nəzərdə tutulan səki ensiz olmaqla yanaşı, işıq dirəklərinin də burada yerləşməsi hərəkəti çətinləşdirir.

Qeyd olunub ki, hansısa valideyn uşaq arabası ilə hərəkət etsə, gərək yoluna davam etmək üçün yolun hərəkət hissəsinə keçsin. Bu da insanlar üçün təhlükə deməkdir.

Sakinlər piyada səkisinin daha geniş və işıq dirəklərinin kənarda yerləşməsi üçün yol kənarında boş ərazi olduğunu bildiriblər.

Məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Fəridə Həsənova Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəhərin M.Ə.Sabir küçəsi ünvanında inşa edilmiş tamet örtüyü piyadaların hərəkəti üçün nəzərdə tutulmayıb:

“Neftçala şəhərinin giriş hissəsinin memarlıq görünüşü, bununla bərabər ərazidə quraşdırılmış yeni işıqlanma sisteminin ətrafı bardür və tamet plitələri ilə səliqəyə salınıb. Təqdim olunan şəkillərdən göründüyü kimi həmin ərazi mütəmadi olaraq insanların piyada hərəkət etdiyi ərazi deyil. Sözügedən səkinin sağ tərəfdən enləndirilməsi Respublika əhəmiyyətli R-47 Salyan-Neftçala avtomobil yolunun mühafizə zonasına, sol tərəfdən enləndirilməsi isə yeraltı çəkilən rabitə və qaz xətlərinə mane törədəcəyi üçün ərazidə yalnız işıqlanma sisteminin ətrafı bardür və tamet plitələri ilə səliqəyə salınıb” – açıqlamada qeyd edilib.  

Bənzər yazılar

0.21710801124573