Sumqayıtda it dişləyən uşaq quduzlaşıb? - VİDEO

 17-07-2023

Sosial şəbəkələrdə it dişləmiş azyaşlının quduzlaşması ilə bağlı video görüntülər yayılıb.

İddia olunur ki, görüntülər Sumqayıt şəhər uşaq xəstəxanasında lentə alınıb. 

Məlumata görə, azyaşlını küçədə it dişləyib. Bundan sonra onda quduzluq əlamətləri müşahidə edilib.

TƏBİB sosial şəbəkədə videosu yayılan it dişləyən uşaqla bağlı açıqlama yayıb.
 
Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub. Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib.
 
Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.
 
Eyni zamanda ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Hadisə ilə bağlı rəsmi məlumat yoxdur.

Bənzər yazılar

0.41432905197144