Nəbi Gədəbəyli kimi tanınan Vətən müharibəsi qazisinin özünə qəsd etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Qazinin 13 iyul saat 17-18 radələrində özünü yandırdığı deyilir.
Hələ ki hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən məlumat yayılmayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə onun mesajlaşmalarından bir hissənin görüntüləri də yayılıb.