Bu gün – 15 iyul Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin doğum günüdür.
Anası Radə Qurbanova onun doğum günü ərəfəsində Xudayarın şəhid olduğu torpaqlarda olub.
Radə Qurbanova Zəngilanın onun üçün çox doğma olduğunu söyləyib:
“Çünki mənim balamın son nəfəsi bu torpaqda alınıb. Mənfur düşmənin hücumu nəticəsində şəhid olub. Xudayar həmişə özünü hərbçi kimi görürdü. Döyüş başlayanda zəng elədim ki, Xudu, narahatam. Çox soyuqqanlı şəkildə dedi ki, narahat olma. Xudayar elə eliyirdi ki, döyüşlərin çətinliyini bizə bildirməyə”.