Ağır Cinayətlər Məhkəməsinə yeni vitse-spiker TƏYİN EDİLİB

 08-06-2022

Bakı Ağır Cinayətlər Məhkəməsinə (BACM) kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.

MillətinSəsi.info Report-a istinadən xəbər verir ki, bu barədə məhkəmə sədri müvafiq əmr imzalayıb.

Əmrə əsasən, BACM-nin hakimi Telman Hüseynov vitse-spiker təyin olunub.

Qeyd edək ki, daha əvvəl bu vəzifədə BACM-nin sədr müavini Əfqan Hacıyev çalışıb. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.

Xatırladaq ki, T.Hüseynov 2018-ci ildən BACM-nin hakimi vəzifəsində çalışır.

Bənzər yazılar

0.57966208457947