Özünü ölmüş göstərən şəxsin direktor olduğu ŞİRKƏT KİMƏ MƏXSUSDUR?

 07-06-2022

2 gün əvvəl özünü ölmüş kimi təqdim edən “Caspian İnşaat MB” MTK-nin direktoru Rafət Qəniyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

MillətinSəsi.info xəbər verir ki, Rafət Qəniyevin ölümü barədə ilk rəsmi məlumat 25 noyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən açıqlanıb.

Baş Prokurorluğun açıqlamasında bildirilir ki, Rafət Qəniyevin direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən özünün yanıb ölməsi görüntüsünü yaradıb.



Rafət Qəniyevin direktor olduğu “Caspian İnşaat MB” MTK (VÖEN-1403886481) ilə ad bənzərliyi olan daha bir şirkət “Kaspian İnşaat MB” MMC (VÖEN-1400923131) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Məmmədov Bəxtiyar Sabir oğludur. Bu şəxsin qanuni təmsilçi olduğu daha bir şirkət “Kaspian Turizm MB” MMC (VÖEN-1400930291) adlanır. Ehtimal etmək olar ki, şirkət adlarındakı “MB”də qanuni təmsilçinin ad və soyadının baş hərflərindən götürülüb.

Şirkətlər barəsində açıq internet resurslarda olduqca məhdud məlumatlar mövcuddur. Yeganə məlumatlradan biri odur ki, Qarabağ qazisi olduğu deyilən  Muğan Salmanov 2008-ci ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində “Kaspian İnşaat MB” MMC-nin tikdiyi çoxmərtəbəli binadan müqavilə əsasında 4 otaqlı mənzil aldığını və daha sonra MMC-nin rəhbəri Bəxtiyar Məmmədovun ona məxsus mənzili təkrarən başqa bir şəxsə satdığını bildirib.

“Kaspian İnşaat MB” MMC-nin adına “100 il  Qarant” MMC-yə (VÖEN-1500046961) məxsus olduğu bildirilən veb-saytda da rast gəlmək olur. Şirkətin saytında tikilən binaların siyahısnında “Kaspian İnşaat MB” MMC-nin Yasamal rayonu, A.Salamzadə küç., 1055-ci məhəllədə tikdiyi yaşayış binasının da adı yer alıb. Siyahıda bir neçə tikinti şirkətinin də adı yer alıb və onların arasında məşhur iş adamı Azay Möhnətova məxsus olduğu bildirilən “Uğur-97” şirkətinin də adı var.

Qeyd edək ki, "AF Holdinq"in sahibi olan Azay Möhnətovun adı bir müddət əvvəl 2 dəfə yanğın hadisəsinin baş verdiyi "EuroHome" inşaat materialları bazarı ilə də gündəmə gəlib. 

 

Bənzər yazılar

0.20993804931641