Rüstəm İbrahimbəyov Moskvada dünyasını dəyişib

 11-03-2022

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bundan başqa, xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülür. Cənazənin nə vaxt gətiriləcəyi, nə vaxt və harada dəfn olunacağı hələlik məlum deyil. 

Qeyd olunub ki, R. İbrahimbəyov uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.
Allah rəhmət eləsin!

Bənzər yazılar

0.20690083503723