Beyləqan rayonunda intihar hadisəsi baş verdiyi bildirilir.
Bu barədə Lent.az saytı məlumat yayıb.
Məlumata görə, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb.
Bildirilib ki, kənd sakini Vətən müharibəsi iştirakçısı İlkin İsmayılov yaşadığı evin həyətində özünü asıb.
Qeyd edilib ki, intiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.