Aİ Rusiyaya qarşı yeddinci sanksiyalar paketini HAZIRLAYIR

 05-06-2022

Artıq Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeddinci sanksiyalar paketi üzərində iş gedir.

Bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski məlumat verib.

“Sanksiyalar daha da kəskin olmalıdır: Rusiyanın hələ də sata biləcəyi qaz kontekstində, bütün Rusiya banklarının SWIFT sistemindən ayrılması kontekstində. Mən ilk növbədə “Qazprombank”l nəzərdə tuturam”, - o, vurğulayıb.

Onun sözlərinə görə, sanksiyalarla yanaşı, nəinki Rusiyanın Avropadakı aktivlərinin dondurumaq, hətta onları müsadirə etmək lazımdır.

“Bu istiqamətdə də işlər artıq aparılır. Biz hələ də Rusiyaya tədarük edilə bilən və Rusiya tərəfindən öz sənayesində istifadə oluna bilən texnologiyalara embarqo qoymalıyıq”, - Yablonski əlavə edib.

Mənbə: TASS

Bənzər yazılar

0.20125102996826