Hindistanda daha bir kimya zavodunda partlayış BAŞ VERİB: Ölənlər VAR – VİDEO

 04-06-2022

Hindistanda daha bir kimya zavodunda partlayış baş verib. Hadisə nəticəsində azı səkkiz nəfər həlak olub. 20 nəfərin yaralandığı deyilir.

Yerli KİV-in məlumatına görə, insident ölkənin şimalında yerləşən müəssisədə baş verib.

Yanan binada insanların qala biləcəyi qeyd edilir. Faciənin səbəbi məlum deyil.

Xatırladaq ki, ötən gün Qucarat ştatında kimya zavodunda partlayış baş verib. Həmin hadisə zamanı yeddi nəfər həlak olub, onlarla insan yaralanıb.

Mənbə: RT

Bənzər yazılar

0.52304601669312