Norveçdə yaşayan azərbaycanlı musiqiçi Şəbnəm Hüseyn Qazaxıstanın Almatı şəhərində keçirilən “Central Asia's Got Talent” (“Mərkəzi Asiya istedadları axtarır”) şousunun finalına vəsiqə qazanıb.
MillətinSəsi.info xəbər verir ki, böyük finalın bu ay keçirilməsi gözlənilir.
Bakı şəhərində “Xəzər” TV-də şounun kastinq turunu uğurla keçən Şəbnəm NAYO-nun Hamar bölgəsi üzrə sədri, Norveç Musiqiçilər Birliyinin üzvü, Drezden Simfonik Orkestrinin solistidir.
Qeyd edək ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşlarının iştirak etdiyi bu istedadlar şousuna Azərbaycan 2021-ci ildən qoşulub.