İtkin düşən həmyerlimizin Varşavada meyiti tapıldı

 22-06-2023

Varşava şəhərində yaşayan həmyerlimiz Yusif Həsənovun meyiti tapılıb.

Bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb:

“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.

Qeyd edək ki, Y.Həsənov itkin kimi axtarılırdı.

Bənzər yazılar

0.39224791526794