Uzun illər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə biznes şəriki olan “Sədərək Yusif” kimi tanınan Yusif Qədiməliyev onunla yollarını ayırıb.
Bu baradə Gununsesi.info-ya məlumat verən mənbənin sözlərinə görə, Ramiz Mehdiyevin “vurulmasından” sonra sahibi olduğu Sədərək Ticarət Mərkəzini itirmək təhlükəsi qarşısında qalan Yusif Qədiməliyev bu addımı atmağa məcbur olub.
Hər ay Ramiz Mehdiyevə milyonlarla vəsait verən “Sədərək Yusif” əksər biznes layihələrində onu özünə şərik seçmişdi.
Bunun da müqabilində toxunulmazlıq statusu alan Yusif Qədiməliyev uzun illər on milyonlarla vergidən yayına bilmişdi.
Mənbəmizin məlumatına görə, Ramiz Mehdiyevin yola salınmasından sonra “Sədərək Yusif”in başının üstünü vergi orqanı alıb.
Qaynağımızın sözlərinə görə, Yusif Qədiməliyev həyatını əyləncə məclislərində keçirən oğlunu da həmin dövrdə Türkiyəyə köçürüb.
Artıq həbs təhlükəsi ilə üzləşən iş adamı Ramiz Mehdiyevdən imtina ilə yanaşı Sədərək Ticarət Mərkəzinin şəriki kimi yeni isim seçib.
Hakimiyyətdə söz sahibi olan həmin şəriki Yusif Qədiməliyevin həbsxanaya gedən yolunu bağlayıb.