Şəkidə müxtəlif festivallar keçiriləcək - 152 min manat ayrıldı

 15-06-2023

Şəki Şəhər İcra Hakimiyyəti 2023-cü il ərzində Şəki şəhərində keçiriləcək Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müxtəlif tədbirlər, “İpək Yolu XII Beynəlxalq Musiqi Festivalı, “Şəhər Günü”,“Şəki Beynəlxalq Teatr Festivalı”, “8 Noyabr Zəfər Günü”, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il” və digər respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərinin keçirilməsi ilə bağlı 3 tenderə yekun vurub.

“Ölkə.Az” xəbər verir ki, tenderlərin qalibi otel və restoran xidmətləri üzrə “Zaman” MMC,  əhnə quraşdırılması, işıq-səs avadanlıqları və digər mal-material, tərtibat işləri üzrə “RR Travel Company” MMC olub.

Qalib təşkilatlarla müvafiq olaraq 59,030 min manat və 92,571 min manat məbləğlərində satınalma müqaviləsi imzalanıb. 



 

Bənzər yazılar

0.4425950050354