Quba rayon sakinləri icra başçısı Ziyəddin Məmmədovdan ŞİKAYƏTÇİDİR

 11-03-2022

Onlar Prezident Administrasiyasının qarşısında öz tələblərin səsləndirməyə çalışıblar

 

Ötən həftə Qubadan gələn bir neçə sakin Prezident Administrasiyasının qarşısında öz tələblərin səsləndirməyə çalışıblar.  Onlar əsasən sosial tələblər səsləndirmək istəyiblər.

Quba sakinlərindən biri, beş uşaq anası Qahirə İbrahimova deyir ki, o, autizm sindromlu uşağının müalicəsi üçün 3 min manat borc götürsə də, sonradan borcunu qaytarmaqda çətinlik çəkib.

Qahirə İbrahimova həm borclarını qaytarmaq, həm də xəstəlikdən əziyyət çəkən digər övladının müalicəsinə maddi dəstək almaq üçün rayon icra hakimiyyətinə müraciət etdiyini, lakin ona sadəcə 150 manat yardım olunduğunu deyir.

Quba sakini uşaqlarının say çoxluğuna görə  icra hakimiyyəti tərəfindən təhqir olunduğunu da iddia edir. 

Digər Quba sakini Elşən Müslümovun da şikayəti icra hakimiyyətindəndir. O, 2019-cu ildə evinin yandığını, lakin maddi imkansızlıqdan onu təmir etdirə bilmədiyini vuğrulayır. Evinin hazırda yararsız halda olduğun qeyd edən Elşən Müslümov, kömək üçün icra başçısı Ziyəddin Məmmədova müraciət etsə də, ona kömək edilmədiyini deyir. 

Quba sakinləri bənzər şikayətlə bir neçə dəfə Bakıya, Prezident Administrasiyasına şikayətə gəldiklərini, hər dəfə buradan onları “probleminiz həll olacaq” deyib geriyə, Qubaya yola salındıqlarını bildirirlər. Bu dəfə də Səbail Rayon Polis İdarəsinin əməkdaşları şikayətçiləri PA yaxınlığından uzaqlaşdırıblar. 

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmadı.

Mənbə meydan tv

Bənzər yazılar

0.20892786979675