Qadağan olunmuş yerdən zərbəyə görə dayandırılmış DÖYÜŞ TƏKRAR KEÇİRİLƏCƏK - FOTO/VİDEO

 02-06-2022

Azərbaycanlı MMA idmançısı Aqşin Babayevin döyüşünün vaxtı bəlli olub.

MillətinSəsi.info-nun xəbərinə görə, o, “Brave” MMA təşkilatının 61-ci döyüş gecəsində İsveçrəni təmsil edən çeçen əsilli idmançı Hüseyn Kadimaqomayevlə təkrar döyüşəcək.

Bu döyüş avqustun 6-da Almaniyada baş tutacaq.

Qeyd edək ki, martın 11-də Bəhreyndə keçirilmiş ilk döyüşdə Hüseyn Kadimaqomayev qanunla qadağan olunmuş nahiyəyə ayaq zərbəsi vurduğundan, yarış dayandırılıb və döyüş baş tutmamış hesab edilib. Döyüşdən sonra Aqşin Babayev xəstəxanaya aparılmışdı.

Səbuhi Musa

Bənzər yazılar

0.51766490936279