Siyavuş Novruzov: "Pul qarşılığında muzdlu axtarırlar, qarşısı alınmalıdır"

 06-06-2023

“Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə müraciətlər olur”.

Milletinsesi.info ” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin  bu gün keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin saytlar vasitəsilə müxtəlif formada vədlər verilir:

“Əməkhaqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı ciddi şəkildə alınmalıdır. Kimlərisə şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlərdə iştirak etdi. Odur ki buna yol verməməliyik və bunu qanunla tənzimləməliyik”.


Milletinsesi.info

Bənzər yazılar

0.41931319236755