“AF Holdinq”in qalmaqallı rəhbərinin adı yenə də məhkəmədə

 11-03-2022

Qalmaqallı iş adamı, “AF Holdinq” və “Uğur 97”-nin sahibi olan Azay Möhnətov yenə də məhkəmə çəkişmələrindədir. Bu dəfə Azay Möhnətov "Qafqazenerqoservis" şirkətini məhkəməyə verib.

Musavat.com xəbər verir ki, iş adamı “Qafqazenerqoservis”dən müqavilə üzrə yaranmış öhdəliyin yerinə yetirilməsini, borcunun ödənilməsini tələb edir. Buna görə də məhkəməyə üz tutub.

Əslən Şamaxıdan olan sahibkar Azay Xasay oğlu Möhnətov daha əvvəl də mətbuatın gündəminə qaranlıq işlərlə düşməyi bacarıb.

"AF hotel Aqua Park", Rəşid Behbudov küçəsində fəaliyyət göstərən "Aqua Park", "AF Centre" ticarət mərkəzi, "AF Bank"ın sahibi olan Möhnətovun sabiq vergilər naziri Fazil Məmmədovun dövründə külli miqdarda vergidən yayındığı bildirilir. Həmçinin onun sabiq MTN rəhbərliyi ilə də yaxından əlaqələri olduğu bildirilir.

"Qafqazenerqoservis" şirkəti isə “Azərsu” ASC-dən "Elektrik avadanlıqlarının dəyişdirilməsi və yeni su nasoslarının quraşdırılması" layihəsi üzrə bir neçə tender də udub. “Qafqazenerqoservis” şirkətinin “Azərbaycan Beynəlxalq Bankı” ASC-i ilə də məhkəmə çəkişməsi olub.

Mənbə Musavat.com

Bənzər yazılar

0.20943188667297