“Hədəfimiz uçan taksi dronlardır, bu, şəhər nəqliyyatında inqilab olacaq”.
MillətinSəsi.info xəbər verir ki, bunu “Baykar”ın direktoru Selçuk Bayraktar “Reuters”ə müsahibəsi zamanı deyib.
“Bayraktar TB2” üzBayraktar daksi dronlarla bağlı hədəfini açıqladıərinə düşəni edir. Ən qabaqcıl zenit sistemlərini, inkişaf etmiş artilleriya sistemlərini və zirehli maşınları məhv edir. Buna görə də bütün dünya müştərimizə çevrilib. Uzunmüddətli hədəfimiz uçan taksi dronlardır. Hazırda bunun üzərində işləyirik. Bunun üçün süni intellektə əsaslanan daha yüksək səviyyəli avtonom texnologiya inkişaf etdirməliyik”-deyə o qeyd edib.