Azərbaycanda faciəvi qəza, 2 gənc öldü 

 31-05-2023

Ötən gün Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS-in məlumatına görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobili ağaca çırpıb.

Nəticədə sürücü xəsarət alıb, sərnişinlər 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Sözügedən görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.43954801559448