“Tik-Tok” “Russia Today”in sosial şəbəkə hesabına BLOK QOYDU

 31-05-2022

Dünyaca məşhur Çin sosial media tətbiqi “Tik-Tok” Rusiyanın “Russia Today” xəbər telekanalının alman xidmətinin sosial şəbəkə hesabını silib, profilini isə bloklayıb.

“Tik-Tok” nümayəndələrinin sözlərinə görə, bloklama istifadə qaydalarının pozulması ilə bağlıdır.

Xatırladaq ki, 2022-ci ilin fevral ayında “Russia Today” telekanalının Almaniyada alman dilində yayımı qadağan edilib.

Buna cavab olaraq Rusiya “Deutsche Welle”nin Rusiya bürosunun bütün işçilərinin akkreditasiyasını ləğv edib. Alman televiziya şirkətinin Moskva bürosu bağlanıb.

Mənbə: RT

Bənzər yazılar

0.41913890838623