Abşeron rayonunda vəzifəli şəxs intihar edib

 30-05-2023
Abşeron rayonunda vəzifəli şəxs intihar edib.
 
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub.
 
Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.
 
Hadisənin baş verdiyi evin M.Cəbişovun atasına məxsus olduğu bildirilir.

“Qafqazinfo”nun FHN-dən əldə etdiyi məlumata görə, nazirliyin əməkdaşı uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

İntihardan əvvəl yazdığı vəsiyyətnamədə də xəstəliyin əzablarına dözə bilmədiyini qeyd edib. O canına qəsd etməmişdən əvvəl zəng edib ailəsinə də bildirib. Hadisə qeyri-iş saatında, mərhumun atasının evində baş verib.

 
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, FHN-nin polkovnik-leytenantı Muxtar Cəbişov özünü asması ilə bağlı ilk məlumatı bakupost.az yayıb.
 
intihar polkovnik

Bənzər yazılar

0.44346714019775