Şvartsenegger rol almaq istədiyi filmi açıqladı

 26-05-2023

Avstriya əsilli məşhur Hollivud kino ulduzu, 75 yaşlı Arnold Şvartsenegger blokbasterdə və ya “Marvel” serialında iştirak etmək istədiyini bildirib.

Bu barədə “People” jurnalında material dərc olunub.

Aktyor qeyd edib ki, ona təklif olunacaq roldan razı qalarsa, yəni ona uyğun rol olarsa, bu mümkün ola bilər.

Bundan bir müddət əvvəl isə Arnold Şvartsenegger “Qalaktikanın keşikçiləri” film layihəsini tərifləyib və filmin baş rol ifaçısı, eyni zamanda da kürəkəni olan Kris Pratt haqqında xoş sözlər deyib. Şvartsenegger filmi çox bəyəndiyini və Prattla qürur duyduğunu vurğulayıb.

Məlum olduğu kimi, iyunun 7-də “Netflix” Hollivud kinosunun əfsanəsi olan bodibilderin həyatı və karyerası, eləcə də Kaliforniya qubernatoru kimi fəaliyyətindən bəhs edən sənədli filmin premyerasını nümayiş etdirəcək. Şvartsenegger açıq şəkildə çətin uşaqlığı və valideynləri ilə münasibətlərindən danışacaq.

Bənzər yazılar

0.35669183731079