Volodimir Zelenski: “Biz Rusiyanın silahlarını yerə qoymağa məcbur qalacağı nöqtəyə yaxınlaşırıq”

 31-05-2022

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsi Rusiyanın silahı yerə qoyaraq, diplomatiyaya keçməli olacağı nöqtəyə yaxınlaşır.

Bu barədə o, videomüraciətində bildirib.

“Xerson vilayəti uğrunda mübarizə davam edir. Addım-addım torpağımızı işğaldan azad edirik və tədricən Rusiyanın silahlarını yerə qoymalı, bütün ölülərini saymalı və diplomatiyaya keçməyə məcbur qalacağı nöqtəyə yaxınlaşırıq”, - deyə dövlət başçısı qeyd edib.

Mənbə: unian.net

Bənzər yazılar

0.14188003540039